Uçan Hollandiyalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Uçan Hollandiyalı (nid. De Vliegende Hollander, ing. The Flying Dutchman) — folklora görə okeanlarda həmişə üzməyə duçar edilmiş əfsanəvi yelkən qarabasma gəmisi.

Əfsanəvi qəhrəman

"Uçan Hollandiyalı" gəmisini görən dənizçilər uğursuz və ya ölmüş olacaqlar. Əfsanə XV–XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə gəmisinin kapitanı söz vermişdir ki, ona hətta məhşər kimi vaxt lazım olarsa o, Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəmi lənətləndirilmişdir.

Əsərlərin qəhrəmanı

1826-cı ildə ingilis yazıçısı Edvard Fitsboll "Uçan Hollandiyalı" melodramını və 1839-cu ildə Frederik Marryat "Kabus gəmisi" romanı yazmışdılar. Alman bəstəkarı Rixard Vaqner 1843-cü ildə "Uçan Hollandiyalı" operasını yazmışdır. Vaşinqton İrvinqin də 1855-ci ildə qələmə aldığı "Tappan dənizdə Uçan Hollandiyalı" əsəri var.