Ukrayna müstəqillik abidəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ukrayna müstəqillik abidəsi
ukr. Монумент Незалежності
Müstəqillik meydanı və abidə (solda)
Müstəqillik meydanı və abidə (solda)
Müstəqillik meydanı və abidə (solda)
Ölkə Ukrayna
Şəhər Kiyev
Yerləşməsi Kiyev, Kreşatik, Müstəqillik meydanı
Arxitektura stili Ukrayna barokkosu
Layihə müəllifi Anatoli Kuş
İnşası 20002001 illər

Ukrayna müstəqillik abidəsi (ukr. Монумент Незалежності) — Ukraynanın müstəqilliyinə həsr olunan abidə. Abidə Kiyevin mərkəzində, müstəqillik meydanında yerləşir.

Tarixi

Abidə 2001-ci ildə Ukrayna müstəqilliyinin 10-cu ildönümü şərəfinə Kiyevdəki müstəqillik meydanının kompozisiya mərkəzində ucaldılıb.

Memarlıq xüsusiyyətləri

Abidəni stilistik baxımdan ukrayna barokkosu ilə ampir üslubunun qarışığına aid edirlər. Abidə özündə 52 metr hündürlüyə malik sütun üzərində ukrayna milli geyimində əlində başınağacı budağı tutmuş bürüncdən hazırlanan qız fiqurunu ehtiva edir. Abidənin ümumi hündürlüyü 62 metrdir.[1]

Layihənin müəllifləri — heykəltaraş A. V. Kuş, memarlar, S. V. Babuşkin, A. V. Komarovski, R. İ. Kuxarenko, O. K. Stukalov. Heykəltəraş Anatoli Kuş qız fiqurunun yaradılması üçün model qismində öz qızından istifadə edib.[2]

İstinadlar

  1. "Монумент Независимости в Киеве". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.
  2. "Американка, по фото которой создали Монумент Независимости в Киеве: «Я должна достойно это нести» (фото, видео)". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.

Xarici keçidlər