Müstəqillik meydanı və abidə (solda) | |
Ölkə | Ukrayna |
Şəhər | Kiyev |
Yerləşməsi | Kiyev, Kreşatik, Müstəqillik meydanı |
Arxitektura stili | Ukrayna barokkosu |
Layihə müəllifi | Anatoli Kuş |
İnşası | 2000—2001 illər |
Ukrayna müstəqillik abidəsi Vikianbarda |
Ukrayna müstəqillik abidəsi (ukr. Монумент Незалежності) — Ukraynanın müstəqilliyinə həsr olunan abidə. Abidə Kiyevin mərkəzində, müstəqillik meydanında yerləşir.
Abidə 2001-ci ildə Ukrayna müstəqilliyinin 10-cu ildönümü şərəfinə Kiyevdəki müstəqillik meydanının kompozisiya mərkəzində ucaldılıb.
Abidəni stilistik baxımdan ukrayna barokkosu ilə ampir üslubunun qarışığına aid edirlər. Abidə özündə 52 metr hündürlüyə malik sütun üzərində ukrayna milli geyimində əlində başınağacı budağı tutmuş bürüncdən hazırlanan qız fiqurunu ehtiva edir. Abidənin ümumi hündürlüyü 62 metrdir.[1]
Layihənin müəllifləri — heykəltaraş A. V. Kuş, memarlar, S. V. Babuşkin, A. V. Komarovski, R. İ. Kuxarenko, O. K. Stukalov. Heykəltəraş Anatoli Kuş qız fiqurunun yaradılması üçün model qismində öz qızından istifadə edib.[2]