Ukraynanın Niderland səfirliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ukraynanın Niderland səfirliyi
Səfirliyin binası
Koordinatlar52°05′08″ şm. e. 4°18′06″ ş. u.
YerNiderland Niderland
ÜnvanZeestraat №78, Haaqa
SəfirVsevolod Çensov
YurisdiksiyaUkrayna Xarici İşlər Nazirliyi
Saytwww.netherlands.mfa.gov.ua

Ukraynanın Niderland səfirliyi (ukr. Посольство України в Королівстві Нідерланди) — Ukraynanın Niderlandın Haaqa şəhərində yerləşən səfirliyi.

Vəzifələri

Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

Tarixi

1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1992-ci il aprelin 1-də UkraynaNiderland dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1992-ci ildə isə Ukraynanın Niderland səfirliyi yaradıldı.

Ukraynanın Niderlandda olan fövqəldə və səlahiyyətli səfiri Vsevolod Çensovdur. O, 2017-ci ildən bu vəzifədədir.

İstinadlar

  1. Ukraynanın Niderland səfirliyi. "Посольство України в Королівстві Нідерланди". www.netherlands.mfa.gov.ua (Ukraynanın Niderland səfirliyinin rəsmi saytı) (ingilis). 24.02.2021. 2021-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.02.2021.