Ukraynanın Niderland səfirliyi (ukr. Посольство України в Королівстві Нідерланди) — Ukraynanın Niderlandın Haaqa şəhərində yerləşən səfirliyi.
Ukraynanın Niderland səfirliyi | |
---|---|
Koordinatlar | 52°05′08″ şm. e. 4°18′06″ ş. u. |
Yer | Niderland |
Ünvan | Zeestraat №78, Haaqa |
Səfir | Vsevolod Çensov |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.netherlands.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il aprelin 1-də Ukrayna və Niderland dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1992-ci ildə isə Ukraynanın Niderland səfirliyi yaradıldı.
Ukraynanın Niderlandda olan fövqəldə və səlahiyyətli səfiri Vsevolod Çensovdur. O, 2017-ci ildən bu vəzifədədir.