Ulduz müharibələri: Klon müharibələri (teleserial, 2008)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ulduz müharibələri: Klon müharibələri
ing. Star Wars: The Clone Wars
Loqonun şəkli
Yaradıcısı Corc Lukas
İstehsalçı ölkə
Studiya Lucasfilm
Dil ingilis dili[1]
Davametmə müddəti 21 dəq.
IMDb ID0458290
starwars.com/series/star…

Ulduz müharibələri: Klon müharibələriCorc Lukas tərəfindən yaradılmış, "Ulduz müharibələri" mövzusunda, 2008-ci ildə yayımlanmağa başlayan animasiyalı üçölçülü ABŞ elmi fantastika teleserialı.

İlk dəfə 3 oktyabr 2008-ci ildə "Cartoon Network"da yayımlanmışdır. Xronoloji olaraq teleserialdakı hadisələr prikvel trilogiyasının ikinci epizodunun hadisələrindən təxminən iki ay sonra başlayır, üçüncü epizoddan qısa müddət sonra isə nəticələnir.[2] Hər birinin müddəti 19 dəqiqədən 26 dəqiqəyə qədər olan 133 epizod yayımlanmışdır.[3] İlk dörd mövsüm hər biri 22 epizoddan ibarətdir. Teleserialın buraxılışından əvvəl bunun pilot seriyası olan eyniadlı tammetrajlı cizgi filmi də yayımlanmışdır. Teleserialın ilk treyleri 2007-ci ilin mayında yayımlanmışdır.[4]

2013-cü ilin martında "Lucasfilm" teleserialın ləğv ediləcəyini elan etmişdir. Şirkət qalan epizodları "bonus məzmun" olaraq xarakterizə etmiş, onların nə vaxt tamamlanacağı və tamaşaçılara təqdim ediləcəyi barədə sonradan məlumat verəcəyini əlavə etmişdir.[5][6] 2014-cü ilin fevralında məlum olmuşdur ki, teleserialın altıncı mövsümünün 13 seriyasını "Netflix" platformasında nümayiş olunacaq.[7] 19 iyul 2018-ci ildə "San Diego Comic-Con"da teleserialın 10-cu yubiley panelində 12 epizoddan ibarət mövsüm üzərində işlərin getdiyi elan edilmişdir.[8] Yeddinci mövsümün birinci seriyası 2020-ci ilin yazında "Disney+" striminq xidmətində yayımlanmışdır.

İstinadlar

  1. 1 2 3 fernsehserien.de (alm.).
  2. "Лукас о Clone Wars". 2008-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-03.
  3. "Интервью Лукаса TVGuide". 2008-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-03.
  4. "Трейлер к анимации". 2008-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  5. "A New Direction For Lucasfilm Animation". Star Wars.com. 2013-03-11. 2013-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-11.
  6. Franich, Darren. "'Star Wars' TV massacre! Lucasfilm cancels 'Clone Wars,' indefinitely postpones 'Detours'". Entertainment Weekly. 2013-03-11. İstifadə tarixi: 2013-03-11.[ölü keçid]
  7. "Netflix покажет последний сезон мультсериала «Звёздные войны: Войны клонов»". 2014-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  8. "SDCC 2018: Star Wars: The Clone Wars to Return with New Episodes | StarWars.com". StarWars.com (ingilis). 2018-07-19. 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.

Xarici keçidlər