Urava Komaba stadionu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Urava Komaba stadionu
Stadionun görünüşü.
Stadionun görünüşü.
Xəritə
Yeri Saytama,
Saytama prefekturası, Yaponiya Yaponiya
Açılış tarixi 9 sentyabr 1967[1]
Yenidən qurulma tarixi 1982, 1993, 1995
Sahibi Saytama
Tamaşaçı tutumu 21.500
Ev sahibi komanda Urava Red Daymonds (1992-2010)
Omiya Ardiya (2005-2007)
Meydançanın ölçüləri 106 m x 70 m
Ot örtüyü təbii
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saytama Şəhər Komaba stadionu (さいたま市浦和駒場スタジアム, Saitama-shi Urawa Komaba Sutajiamu?)Yaponiyanın Saytama prefekturasının Saytama şəhərində yerləşən futbol stadionu. Tutumu 21.500 nəfərdir.

Tarixi

1967-ci ildə atletika idman növlərinin keçirilməsi məqsədilə tikilmişdir. Şəhərin mərkəzindən sadəcə 1,5 kilometr uzaqlıqda yerləşir. İlkin tamaşaçı tutumu cəmi 5000 nəfər olsa da, 1982-ci ildə bu rəqəm 8000-ə çatdırılmışdır. 1991-ci ildə stadionu "Urava Red Daymonds" klubunun ev stadionuna çevirmək üçün 1,7 milyard yen pul xərclənmiş və tutum 10.000 nəfər çatdırılmışdır. Lakin işlər bununla başa çatmamış, 1 il yarım sonra 4,5 milyard yen qarşılığında yenidən genişləndirmə işlərinə start verilmişdir. İşlər 1995-ci ilin avqustunda tamamlanmış və tamaşaçı tutumu 21.500 nəfər çatmışdır.[1]

İstifadə

Futbol üzrə Yaponiya çempionatının iştirakçı klublarından biri olan "Urava Red Daymonds" 1992-2010-cu illərdə stadionda əsas ev oyunlarını keçirmişdir. 2005-2007-ci illərdə bu klubun əzəli rəqibi "Omiya Ardiya"nın ev oyunları əsas stadionu NAK-5 stadionunun bərpa işləri ilə bağlı olaraq bu stadionda baş tutmuşdur.

Stadion "Urava Red Daymonds" klubunun mənəvi evi hesab olunur.

Qalereya

İstinadlar

  1. 1 2 "Urawa Komaba Stadium". Urava Red Daymonds Klubun rəsmi saytı (ingilis). 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.

Xarici keçidlər

Həmçinin bax