Omiya Ardiya FK

Omiya Ardiya (大宮アルディージャ, Ōmiya Arudīja?)Yaponiyanın Saytama şəhərinin Omiya rayonunu təmsil edən və futbol üzrə Yaponiya çempionatında çıxış edən peşəkar futbol klubu. Saytama şəhərini çempionatda təmsil edən digər futbol klubu "Urava Red Daymonds" klubudur. Klub Yaponiya çempionatına ilk dəfə 2004-cü ildə aşağı divizyonda 2-ci yeri tutduqdan sonra yüksəlmiş və 2014-cü ilə qədər aşağı divizyona düşməmişdir. 2014-cü ildə aşağı divizyona düşmüş, lakin 2015-ci ildə birinci yeri tutaraq yenə elitaya qayıtmışdır.

Omiya Ardiya
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) Sincablar (yap. Risu)
Yaranma tarixi 1969
Stadionu NAK-5 Omiya stadionu
Tutumu 15.500
Sahibi NTT Group
Prezidenti Şiqeru Suzuki
Menecer Hiroki Şibuya
Baş məşqçisi
Liqa Futbol üzrə Yaponiya çempionatı
2022 19., J2
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub ev oyunlarını NAK-5 Omiya stadionunda (Nack5スタジアム大宮, Nakku-faibu Sutajiamu Ōmiya?) keçirir. Bu stadion Omiya Park Futbol Stadionu kimi də tanınır. Tutumu 15.500 nəfərdir.

Klub əslində 1964-cü ildə keçmiş Urava şəhərində qurulmuşdu. 1969-cu ildə NTT Kanto Futbol Klubu adı ilə tanınmağa başlamışdır. 1987-ci ildə ilk dəfə Yaponiya ikinci divizyonuna yüksəlmişdir. Klub daha sonra Yaponiya futbol piramidasında ikinci yerdə olan Yaponiya Futbol Liqasına qatılmışdır.[1]

1998-ci ildə klub NTT İdman Cəmiyyəti ilə birləşmişdir. "Ardiya" sözü ispan dilində "sincab" mənasını verən "ardilla" sözündən yaranmışdır. Sincab Omiyanın və klub ev oyunlarını keçirdiyi stadionun yerləşdiyi parkın talismanı hesab olunur.[1][2]

Klubun "Urava Red Daymonds" klubuna qarşı keçirdiyi oyunlar "Saytama derbisi" kimi tanınır.[3]

2005-2007-ci illərdə əsas stadionunda aparılan genişləndirmə işlərinə görə klub ev oyunlarını Saytama 2002 stadionundaUrava Komaba stadionunda keçirmişdir. 2007-ci ilin oktyabrında genişləndirmə işləri başa çatmışdır. 11 noyabr 2007-ci ildə stadionun yenidən açılış oyununda Yaponiya çempionatı çərçivəsində "Omiya Ardiya" və "Oita Trinita" (1:2) klubları üz-üzə gəlmişdirlər.[4]

Yaponiya çempionatında çıxışı

[redaktə | mənbəni redaktə et]
Mövsüm Div. Kom. Yer Tamaşaçı Cey-liqa kuboku İmperator kuboku
1999 J2 10 6 2,674 1-ci mərhələ 3-cü mərhələ
2000 J2 11 4 3,477 1-ci mərhələ 3-cü mərhələ
2001 J2 12 5 3,864 1-ci mərhələ 1-ci mərhələ
2002 J2 12 6 5,266 4-cü mərhələ
2003 J2 12 6 5,058 3-cü mərhələ
2004 J2 12 2 6,108 5-ci mərhələ
2005 J1 18 13 9,980 1/4 final Yarımfinal
2006 J1 18 12 10,234 qrup 5-ci mərhələ
2007 J1 18 15 11,465 qrup 4-cü mərhələ
2008 J1 18 12 9,350 qrup 5-ci mərhələ
2009 J1 18 13 13,707 qrup 3-cü mərhələ
2010 J1 18 12 11,064 qrup 4-cü mərhələ
2011 J1 18 13 12,221 2-ci mərhələ 2-ci mərhələ
2012 J1 18 13 10,637 qrup 4-cü mərhələ
2013 J1 18 14 11,138 qrup 2-ci mərhələ
2014 J1 18 16 10,811 qrup 1/4 final
2015 J2 22 1 9,490 3-cü mərhələ
2016 J1 18
Legenda

Son tarix: 21 yanvar 2016[5]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Yaponiya GK Nobuhiro Kato
2 Yaponiya DF Kosuke Kikuçi (kapitan)
3 Yaponiya DF Hiroyuki Komoto
4 Yaponiya DF Kohey Yamakoşi
5 Yaponiya DF Keyqo Numata
7 Yaponiya MF Ataru Esaka
8 Serbiya FW Draqan Mrda
9 Sloveniya FW Neyc Peçnik
10 Yaponiya MF Yuzo İvakami
11 Yaponiya MF Ryuci Bando
13 Yaponiya DF Daysuke Vatabe
14 Yaponiya DF Şintaro Şimizu
15 Yaponiya MF Keysuke Oyama
16 Braziliya MF Mateus
17 Yaponiya MF Şiqeru Yokotani
18 Yaponiya MF Tomonobu Yokoyama
Nömrə Ölkə Mövqeyi Futbolçu
19 Yaponiya DF Ryo Okuy
20 Yaponiya DF Tsubasa Oya
21 Yaponiya GK Hitoşi Şiota
22 Yaponiya MF Takuya Vada
23 Yaponiya MF Şin Kanazava
25 Yaponiya DF Kazuma Takayama
26 Yaponiya MF Masato Kocima
27 Yaponiya MF Atsuşi Kurokava
28 Yaponiya DF Şunsuke Fukuda
29 Yaponiya FW Kento Kavata
30 Yaponiya FW Takumu Fucinuma
32 Yaponiya GK Yuki Kato
39 Yaponiya MF Cin İzumisava
41 Yaponiya MF Akihiro Ienaqa (vitse-kapitan)
50 Yaponiya GK Kenya Matsui
Nömrə Ölkə Mövqeyi Futbolçu
Yaponiya GK Şuhey Kavata (Toşiqi İK)
Yaponiya GK Keyki Şimizu (Tespakusatsu Qunma FK)
Yaponiya DF Yuko Takase (Tespakusatsu Qunma FK)

Baş məşqçilər

[redaktə | mənbəni redaktə et]

‡ müvəqqəti baş məşqçiləri göstərir.

  1. 1 2 "Omiya Ardija Club Profile". J. League. 24 April 2015. 15 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
  2. "Club Profile". Omiya Ardija. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
  3. "The 13th Saitama derby in the football-mad region comes around this Saturday in Japan's J-League when Urawa Red Diamonds face Omiya Ardija". Goal.com. 11 June 2011. 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
  4. "オレンジの聖地一新 NACK5スタジアム大宮". Saitama Shimbun (Japanese). 47news. 23 October 2007. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 June 2016.
  5. "Current squad". Omiya Ardija. 15 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]