Uzaqşərq navaqası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Uzaqşərq navaqası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Uzaqşərq navaqası
Beynəlxalq elmi adı

Uzaqşərq navaqası (lat. Eleginus gracilis) — Treskakimilər dəstəsinə daxil olan dəniz balığı. Uzunluğu 50 sm (adətən 30—35 sm), çəkisi isə 0,5 kq olur. Əsasən Sakit okeannın şimal-qərb sahil ərazilərində yayılmışdır. Kürü tökmə dövrü dekabrdan fevrala qədər çəkir. 25-210 min kürü tökə bilir. Ovu sənaye əhəmiyyətlidir.

Navaqalar soyuq sularda — əsasən Yapon, Oxot, BerinqÇukot dənizlərində yayılmışlar. Yayda 30-60 metr dərinə enirlər. Bəxi fərdləri hətta çaylarla materik daxilində yerləşən göllərə qədər gələ bilirlər.

Əsasən qurdlar, xərçəbgkimilər, kürü, və kiçik balıqlarla qidalanırlar. Temperaturu 1,4—1,9 °С olan sularda üzürlər. Yetkin fərdin uzunluğu 25—35 sm olur. Ancaq bəzi fərdlərin uzunluğu 54 sm, çəkisi isə 1,3 kq ola bilir. Qış balıqovunda daha tez-tez tutulur.

SaxalinKamçatkanın körfəz və buxtalarında daha tez-tez rastlanılır.

Mənbə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.