Uzaqşərq navaqası (lat. Eleginus gracilis) — Treskakimilər dəstəsinə daxil olan dəniz balığı. Uzunluğu 50 sm (adətən 30—35 sm), çəkisi isə 0,5 kq olur. Əsasən Sakit okeannın şimal-qərb sahil ərazilərində yayılmışdır. Kürü tökmə dövrü dekabrdan fevrala qədər çəkir. 25-210 min kürü tökə bilir. Ovu sənaye əhəmiyyətlidir.
Uzaqşərq navaqası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Uzaqşərq navaqası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Navaqalar soyuq sularda — əsasən Yapon, Oxot, Berinq və Çukot dənizlərində yayılmışlar. Yayda 30-60 metr dərinə enirlər. Bəxi fərdləri hətta çaylarla materik daxilində yerləşən göllərə qədər gələ bilirlər.
Əsasən qurdlar, xərçəbgkimilər, kürü, və kiçik balıqlarla qidalanırlar. Temperaturu 1,4—1,9 °С olan sularda üzürlər. Yetkin fərdin uzunluğu 25—35 sm olur. Ancaq bəzi fərdlərin uzunluğu 54 sm, çəkisi isə 1,3 kq ola bilir. Qış balıqovunda daha tez-tez tutulur.
Saxalin və Kamçatkanın körfəz və buxtalarında daha tez-tez rastlanılır.