Uzunsovyarpaq südləyən

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Uzunsovyarpaq südləyən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Uzunsovyarpaq südləyən (lat. Euphorbia oblongifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3–8 sm-dir. Çiçəklər 5–8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1–2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5–3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır. Toxumları dairəvi-yumurtaşəkilli, uzunluğu 2,5–2,8 mm, hamar, bozumtul-qara kiçik çıxıntılıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

İyun–iyul (avqust) aylarında çiçəkləyir. Aranda və dağətəyi qurşaqlarda, quru yerlərdə bitir.

Yayılması

Lənkəranın dağlıq hissəsi.

Sayı və tendensiyası

Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (tapdalanma).

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədirlər aparılmır, yayılma yerlərində antroogen təsiri azltmaq məqsədilə yasaqlılların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxu bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur. 

İstinadlar

Həmçinin bax