Vüsal Murtuzəliyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vüsal Murtuzəliyev
Doğum tarixi 23 aprel 1982(1982-04-23) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Təhsili
IMDb ID2927936

Murtuzəliyev Vüsal Hasil oğlu (23 aprel 1982, Sumqayıt) — Azərbaycan aktyoru.

Həyatı

Vüsal Murtuzəliyev 23 aprel 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişdir.

2007-ci ildə ona böyük uğur gətirən "Cavid ömrü" filmində çəkilmişdir. Bu ekran əsərində o, Ərtoğrul Cavid obrazını yaratmışdır.

Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. Hazırda Azad Azərbaycan televiziyasında qabaqcıl dublyaj aktyoru kimi çalışmaqda davam edir.

Aktrisa Dilarə Əliyevanın qardaşıdır.

Filmoqrafiya

  1. Cümhuriyyət generalları (film, 2006)
  2. Cavid ömrü (film, 2007)
  3. Günaydın, mələyim! (film, 2008)
  4. Halal pullar (film, 2008)
  5. Cavad xan (film, 2009)
  6. Dolu (film, 2012)
  7. Sirr (teleserial, 2012)
  8. Miras(teleserial, 2015)
  9. Qaynanamız (serial 2015)
  10. Bütün təhdidlərdən uca (film, 2016)
  11. Bir zamanlar Şəkidə (film, 2017) (ing. The Game)[1]
  12. Hoqqa (film, 2017)[2]
  13. Son iclas (film, 2018)

İstinadlar

  1. "Azərbaycanlı və türk aktyorlar bu filmdə". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  2. Kulis. "Dilarə Əliyeva "Hoqqa"dan danışır" (az.). Youtube.com. 23.01.2017. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.

Mənbə

  • "Cinema Debüt". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 15.