Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır.[1][2][3][4] Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün,[5][6][7][8][9] Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər.
Bir zamanlar Şəkidə | |
---|---|
Janr |
döyüş macəra komediya |
Rejissor | Orxan Bayramov |
Prodüserlər | Erdoğan Yaprak, Rüfət Alıyev |
Ssenari müəllifləri |
Eren Azak Orxan Bayramov |
Baş rollarda |
Bəhruz Vaqifoğlu Vüsal Hacı Qədir Serkan Genc Ayşen Batıgün Eray Türk Elşən Rüstəmov Pərviz Məmmədrzayev Əbdülqəni Əliyev Yaroslav Trifonov Şirzad Pirallahı Pərvin Abıyeva Vüsal Murtuzəliyev |
Operator | Farshid Alizadeh |
Bəstəkarlar |
Rövşən Əsgərzadə Roozbeh Parandeh |
Rəssam | Zaur Abdullayev |
İstehsalçılar | Yarasa Art Pictures, Leaf Telecommunication Film Production |
İlk baxış tarixi | 29 mart 2017 |
Filmin digər adı | Oyun |
Filmin növü | Tammetrajlı bədii film |
Müddət | 100 dəq. |
Ölkə | Azərbaycan |
Dil | türkcə |
İl | 2017 |
Rəng | rəngli |
IMDb | ID10385765 |
Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır. Bu məlumatı aldıqdan sonra türklər Şəkiyə yollanırlar. Türklərin ardınca Şəkiyə rus mafiyozu Yurinin adamları və Azərbaycanlı mafiyoz Rüstəm öz adamları ilə bərabər gəlir. Və bütün hadisələr bu məşhur "Şərqin ürəyi" adlı almazın axtarışı ətrafında cərəyan edir.[10][11][12][13][14][15][16][17][18][19][20]
Film ilk dəfə 29 mart 2017-ci ildə Bakıda, CinemaPlus kinoteatrlar şəbəkəsində təqdim edilib.[26][27]
Filmin çəkilişləri Şəki, Bakı və İstanbul şəhərlərində aparılmışdır.