Vəli Ləzgiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəli Ləzgiyev
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax rayonu
Vəfat tarixi
Fəaliyyəti Şair, Partizan

Vəli Ləzgiyev - Şair, Partizan

Həyatı

Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır.

Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir.

1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.[1]

1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. II Dünya Müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.[2]

Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmişdir.

İstinadlar

  1. . [1] anl.az Məmməd Dəmirçioğlu Ədalət.-2011.-10 dekabr.- S.18.  (az.)
  2. . [2] Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Qazax information centre  (az.)