Vəli Ləzgiyev

Vəli Ləzgiyev və ya təxəllüsü ilə Səyyar Vəli[1] — Azərbaycan-sovet şeiri, hərbçisi, İkinci Dünya müharibəsi iştirakçısı. O, partizan hərəkatında iştirak etmişdir.

Vəli Ləzgiyev
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax rayonu
Vəfat tarixi
Fəaliyyəti Şair, Partizan

Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.[2]

1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. II Dünya Müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.[3]

Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmişdir.[1]

  1. 1 2 "Qazax Information Center | Səyyar təxəllüslü Ləzgiyev Vəli". qazax.biz.
  2. . [1] anl.az Məmməd Dəmirçioğlu Ədalət.-2011.-10 dekabr.- S.18.  (az.)
  3. . [2] Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Qazax information centre  (az.)