Vəli Nağıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəli Nağıyev
Vəzifədədir
15 dekabr 2015-ci ildən
ƏvvəlkiTeymur Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1964(1964-07-02) (59 yaş)
Rütbəsi
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017

Vəli Nağı oğlu NağıyevAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.[1]

Həyatı və fəaliyyəti

Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.[1]

Ailəlidir, üç övladı var.[1]

Mükafatları

  • 2-ci[2] və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.[1]

İstinadlar

  1. 1 2 3 4 "Nağıyev Vəli Nağı oğlu". migration.gov.az. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.