Azərbaycanın Dövlət Miqrasiya Xidməti

Azərbaycanın Dövlət Miqrasiya XidmətiAzərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanıdır.

Dövlət Miqrasiya Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 18 mart 2007
Tabelik Nazirlər Kabineti
Baş qərargah Bakı Bakı
Ünvan Binəqədi rayonu, Binəqədi şossesi 202, 3124-cü məhəllə
Rəhbərlik
Rəis Vüsal Hüseynov
Rəisin birinci müavini Vəli Nağıyev
Rəis müavini Elman Əliyev
Rəsmi saytı migration.gov.az/index.p…

Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti İlham Əliyevin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradıldı.

Vəzifələri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycanın Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III. maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.

Rəhbərləri[redaktə | mənbəni redaktə et]

Sıra
Rəis
Foto
Səlahiyyət müddəti
Müddət
Əvvəl tutduğu vəzifə
Gəldiyi tarix
Getdiyi tarix
1.
Arzu Yusif oğlu Rəhimov
(1964—)
30 aprel 2007
14 fevral 2012
4.10 il
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi
2.
Firudin Hilal oğlu Nəbiyev
(1960–2020)
14 fevral 2012
24 aprel 2018
6.2 il
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi
3.
Vüsal Əfqan oğlu Hüseynov
(1980—)
24 aprel 2018
hal-hazırda
Azərbaycan Milli Məclisinin üzvü

İstinadlar[redaktə | mənbəni redaktə et]