Vəli Nağıyev

Vəli NağıyevAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.[1]

Vəli Nağıyev
Vəzifədədir
15 dekabr 2015-ci ildən
ƏvvəlkiTeymur Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1964(1964-07-02) (59 yaş)
Hərbi xidmət
Rütbəsi General-leytenant

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20172-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.[1] 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Nağıyev Vəli Nağı oğlu". migration.gov.az. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.