Vəsilə Zahidova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəsilə Zahidova
Doğum tarixi 10 mart 1922(1922-03-10)
Doğum yeri
Vəfat tarixi 2 may 2005(2005-05-02) (83 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Partiyası

Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı.

Həyatı

Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adını almışdır. 2002-ci ildən Prezident təqaüdçüsüdür. Ucar şəhəri M.Hüseynzadə küçəsi 21 saylı evdə yaşayıb. Hazırda yaşadığı küçə onun adını daşımaqdadır.

İstinadlar