Vəzili sürvə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəzili sürvə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Salvia glutinosa (lat. Salvia glutinosa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.

Vəzili sürvə - (lat. Salvia glutinosa)

Qısa morfoloji təsviri

Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur.

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Kölgəli dağ meşələrində bitir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 26.

Həmçinin bax