Vanqut topulqası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vanqut topulqası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Spiraea ×vanhouttei

Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.

Təbii yayılması

Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir.

Botaniki təsviri

Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.

Ekologiyası

Torpağa çox tələbkar deyil, quraqlığa və soyuğa dözür. Birillik zoğların uc hissələri qışda şaxtadan donur.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Canlı hasarlar üçün çox yararlıdır. 2-3 ildən bir budanma aparılır.

İstinadlar

Həmçinin bax