Vasitəsiz və vasitəli nitq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli.

Vasitəsiz nitq

Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları:

  1. M:"V".
  2. "V?"-m.
  3. M:"V",-m.
  4. "V,-m,-v".
  5. M:"V,-m,-v".

Vasitəli nitq

Başqasının nitqi eynilə deyil, dəyişdirilmiş şəkildə, lakin, məzmunu saxlanılmaqla verilərsə,buna vasitəli nitq deyilir. Vasitəli nitqli cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra işlənir.

Həmçinin bax

İstinadlar

İ.Ə.Əhmədzadə,T.M.Hacıyev,Z.Ə.Şahbazova,A.F.Miriyev,M.H.Vəliyeva,S.M.Hüseynova,S.B.Əhmədova,S.C.Zeyniyeva,F.C.Ellazov,G.M.Veysəlov,S.H.İbrahimov,M.Ə.Hüseynov,R.K.Əliyeva. Azərbaycan dili. Bakı: Polygraphic Production. 2016. səh. 435-443.