Vegetarianlıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
*Ət
*Meyvə, tərəvəzsüd məhsulları

Vegetarian (lat. vegeterian) — ət yeməyən insan. "Vegetarian" latın sözü olub "sağlam həyat" mənasını bildirir. Adi halda vegetarianlıq dedikdə heyvan mənşəli məhsullardan - ət, süd, yumurtadan pəhriz etmək nəzərdə tutulur. Bir insanın sadəcə ət məhsullarından çəkinməsi vegetarianlıq deyil. Sırf vegetarianlıq təkcə qida pəhrizi deyil və xüsusi bir həyat tərzindən ibarətdir.

Xüsusiyyətləri

Vegetarianlar öz rasionlarından ətibalığı çıxarırlar və yalnız göyərti, meyvə və südlü yeməklərlə qidalanırlar. Süd məhsullarından istifadə edənlər "laktovegetarian" adlanırlar. Yumurtadan istifadə edənlər isə "ovo-laktovegetarian" adlanırlar. Ciddi, tələbkar vegetarianlar nə yumurta yeyir, nə də süd içirlər. Vegetarianların əksəriyyəti alkoqollu içkilər içməyin və siqaret çəkmənin əleyhinədir.

Qalereya

Mənbə

  • Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 151.

Xarici keçidlər