Pifaqor

Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi.

Samoslu Pifaqor
Πυθαγόρας ὁ Σάμιος
Doğum tarixi ən tezi e.ə. 586ən geci e.ə. 569[1]
Doğum yeri
Vəfat tarixi e. ə. 490-cı illər[2]
Dövr Qədim Yunanıstan, Qədim yunan fəlsəfəsi
İstiqaməti Pifaqorçular məktəbi, Avropa fəlsəfəsi
Əsas maraqları həndəsə, riyaziyyat, etika, siyasət, fəlsəfə, astronomiya, musiqi, metafizika
Təsirlənib Ferekid[3], Anaksimandr[3], Miletli Fales[3], Zərdüşt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür.

Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında""Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur.[4] Pifaqorun elmi bilgiləri qədim BabilMisir kahinlərindən alması haqqında rəvayətlər də vardır.[5] Belə ki, o, uzun illər səyahətdə olmuş, 30 il Misirdə kahinliyin sirlərini və hikmətini mənimsəmişdi. O, vətənə yetkin yaşında qayıtmış və Delfadakı Apollon məbədinin ali kahini olmuşdur. Bu, Qədim Yunanıstanda baş məbəd idi. Delfa alimləri bütün Yunanıstanda tanınmışdı.

Daha sonra Pifaqor Krotonada "Pifaqorçular ittifaqı (ya da məktəbi)" adlı dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir.

Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların fəaliyyətindən ehtiyat edərək, bu məktəbi darmadağın etmişdirlər. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir. Ancaq başqa xəbərlərə görə o, baş vermiş hadisələrdən üzülərək özünü aclığa məruz qoyaraq ölmüşdür.

Fəlsəfəsi və elmi

[redaktə | mənbəni redaktə et]

Pifaqorun ideyaları bir çox məqamlarda mistikaya yaxın idi. Ona görə də, sonralar onun məktəbinin ənənələrini yeni-platonçu filosoflar davam etdirmişdilər. Pifaqor bir sıra mənəvi və əxlaqi prinsiplər də irəli sürmüşdür. Onun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür.

Pifaqor həm də ruhların bir bədəndən başqasına köçməsinə (reinkarnasiyasına) inanırdı.[6] Onun fikrincə, hər şey müəyyən vaxtdan sonra dünyaya yenidən gəlir və əslində yeni olan heç nə yoxdur. Ruh günahların ağırlığına görə bədəndə qalmağa məhkumdur. Məqsəd də onu bədəndən azad etməkdir. Buna görə də, mənəvi həyat yaşamaq üçün ət və paxla kimi bəzi yeyəcəklərdən çəkinmək lazımdır[7]. Burada isə qeyd etmək lazımdır ki, Pifaqorun bu kimi yanaşması ilə hind dünyagörüşü arasında bənzərliklər vardır.

Siyasi baxışları

[redaktə | mənbəni redaktə et]

Pifaqor və onun ardıcılları hakimiyyət məsələlərinə də diqqət yetirirdilər. Onların fikrincə, cəmiyyət hakimiyyətsiz yaşaya bilməz. Bu baxımdan da ən yüksək hakimiyyət tanrılara məxsusdur. Onlara hamı ibadət etməlidir. Tanrılardan sonra hökmdarlar, hörmətli insanlar, valideynlər və ən sonda qanunun aliliyi gəlir. Beləliklə, hakimiyyət iyerarxik sistemlə qurulmalıdır.[8]

Dünyanın quruluşu haqqında

[redaktə | mənbəni redaktə et]

Pifaqorun və onun ardıcıllarının kosmoqonik baxışlarına görə, hər şey 4 ünsür: od, su, yerhavadan yaranmışdır. Yer isə kürə şəklindədir.[9] O, sonsuz və əbədi boşluqdan yaranıb, o, boşluqla nəfəs alır. Bunun nəticəsi olaraq dünya genişlənir və daralır. Bu səbəbdən məkan, zaman, göy cisimləri və onların hərəkəti yaranır. Dünyanın mərkəzində od, baş tanrı Zeusun məbədi və təbiətin qanunu ("fatum" və ya "loqos") durur. Sonra isə oddan yaranmış və onun ətrafında fırlanan yer, planetlərulduzlar gəlir.

Beləliklə, Pifaqor və onun ardıcılları yeri kürə şəklində təsəvvür etmiş və onu kainatın mərkəzində yerləşdirmişdirlər. Bu baxışlar isə orta əsrlərin sonuna qədər dünya elmi və fəlsəfəsində qüvvədə olmuşdur. Ancaq sonra Nikolay Kopernik (XVI yüzillik) yer kürəsinin dünyanın mərkəzində olması inancını şübhə altına almışdır. Sonralar isə inkişaf edən elm sübut etmişdir ki, yer dünyanın mərkəzində yerləşmir.

Pifaqor, həm də "kosmos" anlayışını müasir anlamda, bütün dünyanı əhatə edən sonsuzluq mənasında işlətmiş, onun ahəngini və qanunauyğunluqlarını göstərməyə çalışmışdır.

Riyazi bilikləri

[redaktə | mənbəni redaktə et]

Pifaqorun çox maraqlı rəqəmlər fəlsəfəsi olmuşdur. O, hesab edirdi ki, dünya və çevrəmizdə olan şeylər heç də bizim gördüyümüz və duyduğumuz kimi deyildir. Onlar duyğularımızla yox, düşüncəmizlə qavranıla və anlaşıla bilər. Hər şeyin arxasında bir birlik durur. Əlbəttə, dağ dağdır, insan insandır, daş daşdır. Ancaq, bu kimi müxtəlifliyin bir başlanğıcı, birləşdirici nöqtəsi vardır. Bu da rəqəmlərdir. Onlar hər şeyin pərdə arxası və başlanğıcıdır, çünki istənilən şeyi rəqəmlə göstərmək mümkündür, hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. Məsələn, suyun miqdarını litrlə, ağırlığın çəkisini kiloqramla, bitkilərin sayını ədədlə göstərmək olar. Deməli, rəqəmlər hər şeyin əsasında durur.[10]

Beləliklə, dövrünün başqa filosoflarından fərqli olaraq Pifaqor hər şeyin ilkin səbəbini maddədə deyil, dərk olunmayan şeylərdə axtarırdı. Sonralar bu fikri Platon daha da inkişaf etdirərək ideyalar haqqında təlimlə çıxış etmişdir. Bu baxımdan Pifaqoru fəlsəfi idealizmin yaradıcısı hesab etmək olar. Ancaq onu da qeyd etmək lazımdır ki, bu kimi fikirlər ondan öncə MisirBabil kahinlərinin arasında da yayılmışdır. Ehtimal olunur ki, Pifaqor mistikanı məhz onlardan öyrənmişdir.

Daha sonra rəqəmlər fəlsəfəsini Pifaqorun ardıcılları daha da inkişaf etdirmişdirlər. Pifaqor teoremi: Düzbucaqlı üçbucağın katetlərinin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir

Həndəsi bilikləri

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda, rəqəmlər həndəsi mənada da anlaşılırdı. Nöqtə Bir rəqəmini ifadə edirdi. Bu rəqəm isə hər şeyin başlanğıcı və əsası hesab edilirdi. Pifaqor üçün Bir rəqəmi həm də Tanrıdır. Başqa şeylər isə müxtəlif rəqəmlərin cəmidir. Belə ki, iki nöqtədən düz xətt alınır, üç nöqtə isə artıq düz müstəvidir. Dörd nöqtə isə fəzadır. Bu rəqəm dörd ünsür olan od, yer, su və havanın təməlində durur ki, bu da hər şeyin başlanğıcında duran səbəbdir.[11]

Həmçinin, bu nöqtələrdən üçbucaq, dördbucaq və s. fiqurlar yaranır. Üçbucaq dünyaya gəlmənin və hər şeyin yaradılmasının səbəbidir. Dördbucaq Tanrı təbiətinin təcəssümüdür.

Pifaqor, dövrünün ən bilikli adamlarından biri olmuş, bir çox elmi nəzəriyyələrin yaradıcısı idi. Onun ən məşhur elmi kəşfi "Pifaqor teoremi" adlanan düzbucaqlı üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunudur.[12] Cüt və tək ədədli rəqəmlər haqqında riyaziyyat təlimini, rəqəmlərin həndəsi anlamı nəzəriyyəsini də Pifaqor kəşf etmişdir.

Düzbucaqlı üçbucağın tərəfləri arasındakı əlaqə həndəsənin əsas teoremlərindən biri: ayaqların uzunluqlarının kvadratlarının cəmi hipotenuzun uzunluğunun kvadratına bərabərdir.Hipotenuza düzəldilmiş kvadratın sahəsinin ayaqları üzərində qurulmuş kvadratların sahələrinin cəminə bərabər olması həndəsi bir həqiqət kimi də ifadə edilə bilər. Qarşı tərəf ifadəsi də doğrudur: iki tərəfinin uzunluqlarının kvadratlarının cəmi üçüncü tərəfin uzunluğunun kvadratına bərabər olan üçbucaq.[13]

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 42-48. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116 s.
  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 42-48. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818.
  • Пифагор // Античная философия: Энциклопедический словарь. — М.: Прогресс-Традиция. П. П. Гайденко, М. А. Солопова, С. В. Месяц, А. В. Серегин, А. А. Столяров, Ю. А. Шичалин. 2008.
  • Пифагор и пифагорейцы // Западная философия от истоков до наших дней. — "Петрополис".. Антисери Д., Реале Дж.. 1994.
  • Трубецкой С. Н. Курс истории древней философии. – Москва: Гуманит. изд. центр ВЛАДОС; Русский Двор, 1997.
  1. Pythagoras (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
  2. Pythagoras // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  4. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 340–341.
  5. Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p. 9.
  6. Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, s. 30.
  7. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 351–352.
  8. Трубецкой С. Н. Курс истории древней философии[ölü keçid]. – Москва: Гуманит. изд. центр ВЛАДОС; Русский Двор, 1997, c. 122.
  9. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 348.
  10. Пифагор // Античная философия: Энциклопедический словарь. Arxivləşdirilib 2016-07-10 at the Wayback Machine — М.: Прогресс-Традиция. П. П. Гайденко, М. А. Солопова, С. В. Месяц, А. В. Серегин, А. А. Столяров, Ю. А. Шичалин. 2008.
  11. Пифагорейцы и число как начало Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine // Антисери Д., Реале Дж. Западная философия от истоков до наших дней. — "Петрополис". 1994.
  12. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 342–343.
  13. "History topic: Pythagoras's theorem in Babylonian mathematics". 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.