Xəstəlik tarixi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xəstəlik tarixi arxivi

Xəstəlik tarixi — müalicə-profilaktika müəssisəsinə müraciət edən hər bir şəxs üçün yazılan əsas tibbi sənəd. Xəstəlik tarixində xəstənin familiyası, adı, atasının adı, yaşı, ailə vəziyyəti, ixtisası, keçirdiyi xəstəliklər, hazırkı vəziyyəti haqqında məlumat, aparılan müalicə və müayinələrin nəticələri qeydə alınır.[1] Xəstəxanadan çıxdıqda, yaxud başqa müalicə müəssisəsinə keçdikdə, habelə ölüm hallarında müalicə edən həkim xəstəyə ümumi nəticə - epikriz veriri.[2]

Xəstənin vəziyyəti və xəstəliyin gedişi haqqındakı məlumatlar poliknikada, həkimin qəbuluna gəldikdə (xəstəxanada hər gün) xəstəlik tarixinə yazılır. Xəstəlik tarixi xəstəyə nəzarət edən bütün həkimlərə düzgün müalicə-profilaktik tədbirlər aparmağa imkan verir. Bəzi hallarda məhkəmə və tibbi-ekspertiza zamanı xəstəlik tarixindən sənəd kimi istifadə edilir. Ölüm hallarında pataloji-anatomik meyityarma əsasında protokol tərtib edilir.

İstinadlar

  1. Xəstəlik tarixi
  2. «Медицинская карта. Основные требования к оформлению» Журнал «Заместитель главного врача»