Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır.[1]
Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda.
Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir. Sokrat ölüm ayağında etiraf və bəyan etdi ki, o, fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür. Transsendental dünya duyumun daşıyıcısı olan Sokrat üçün bu heç də təsadüfi deyildi. Sokrat qədim yunan fəlsəfəsində transsendental istiqamətin ən mühüm həlqələrindən biri idi və Sokratın siyasi mülahizələri də elə transsendental dünya duyumun üzərində köklənmişdi.
Allah tərəfindən hər bir canlı üçün əvvəlcədən müəyyən edilmiş vaxt; sonu ölüm olan zamanı ifadə edən kəlam termini. Bəzi ayələrdə Əcəldən Ay, Günəş və digər planetlərin nizamlı hərəkət vaxtı (13:2; 30:8), bəzilərində göylə yer arasında kosmik nizamın pozulacağı vaxt (6:2; 14:10; 29:5, 53) kimi bəhs olunur. Əcəl ilə bağlı ayələrdə Allahın hər bir canlı üçün yaşam və ölüm vaxtını müəyyənləşdirdiyi ifadə edilir (6:2, 60). Əcəl yalnız Allaha məlumdur.
Ölümdən sonrakı həyat haqqında müxtəlif fərziyələr mövcuddur:
Yaşadığı müddətdə insanın beynindən keçən bütün fəaliyyətlər səs və görüntü dalğaları ilə yüklənmiş dalğalar kimi ruha yüklənmiş olduğu üçün özündə heç bir dəyişiklik hiss etdirmədən yaşayır və insan ruh olaraq eyni bədəndə olduğu kimi yaşamağına davam edir. Ancaq bir fərqlə: həmin bədəndə tamamilə şüurlu və canlı olmasına baxmayaraq maddı bədənindən istifadə edə bilməz. Xaricdə olan hər şeyi görür, duyur, ancaq xaricə özü haqqında məlumat verə bilmir.
Böyük islam alimi İbrahim Haqqi özünün "Mərifətnamə" əsərində Məhəmməd peyğəmbərin dilindən ölüm hadisəsini belə nəql edir: "Ölən kəs bədənini kimin yuduğunu, kimin kəfənlədiyini, kimlərin namaz qıldığını, kimlərin ardınca gəldiyini bilir."
Əgər insan ölümdən sonra yaşamasaydı, onda qəbir əzabı deyilən bir söz də olmazdı.
Məhəmməd Peyğəmbərdən soruşurlar ki, möminlərin ən ağıllısı hansıdır. O da cavab verir kı, ölümdən sonrakı həyata ən çox hazırlananı. Günahkarlar mütləq qəbir əzabını yaşayırlar, hətta, heyvanlar da onların səsini eşidirlər. Böyük islam alimi İmam Qazali belə söyləyir:"İnsanların ölümü yoxluq kimi qarşılamaqları yanlışdır. Dirilmənin ilk yaradılış kimi ikinci bir yaradılış olduğunu zənn etmək də yanlışdır. Əslində insan oğlunun bir çox dirilməsi vardır, onun dirilməsi iki dəfədən ibarət deyildir." Həzrət Ömər Peyğəmbərimizdən soruşur ki, qəbirdə ağlımız başımızda olacaqmı? Peyğəmbər cavab verir ki, bəli eyni bugünkü kimi. Sonra peyğəmbərimiz söyləyir:" İnsan qəbirdə uzaqlaşan ayaq səslərini eşidir, bundan sonra qəbir sorğuları başlayır. Mömin kəsə Allah tərəfindən mərhəmət gəlir və suallara düzgün cavab verir, kafir isə cavab tapa bilmir."
İslamda deyilir: "Qəbrə qoyulan adamın şüuru yerində, ağlı başındadır. Qiyamətə qədər də yaşamağını şüurlu olaraq davam etdirər. Qiyamətdə o günün şərtlərinə uyğun yeni bədəninə qovuşar.
Musa ibn Cəfər bir qəbrin başı üzərində dayanıb buyurdu: "Bir şeyin ki, axırı budur, elə əvvəldən ona qəlb bağlamamaq yaxşıdır. Bir şeyin ki, əvvəli budur, onun aqibətindən qorxmaq yaxşıdır."[2]
İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar — fikirlərdə, xəyallarda, təsəvvürlərdə. Anar
İlk ölüləri torpağa basdırma mərasimi, İspaniyanın Atapuerka bölgəsində 350 min il əvvəl baş verib.
Bütün ölümlərin təməlində oksigen qıtlığı durur. ABŞ-də basdırılan cəsədlər, torpağa hər il təxminən 3 milyon litr maye buraxır. Bir İsveç şirkəti, cəsədləri müxtəlif kimyəvi maddələrlə dondurur. Cəsəd, bir balonun içində 6–12 ay arası müddətdə tamamilə yox olur. Beləcə ətrafa zərər verilmədiyini iddia edən şirkət, bunu "ekoloji dəfn" adlandırır.
İngilis Kraliçası Viktoriyanın əri Şahzadə Albert, xalatı və əlinin gipsiylə basdırılmaq üçün israr etmişdir.
Madaqaskarda ailələr qohumlarının sümüklərini çıxarıb mərasimlə kəndin ətrafında dolaşdırır. Daha sonra da sümüklər yeni bir kəfənə qoyulub yenidən basdırılır. Köhnə kəfən, yeni evlənənə verilir və ya uşağı olmayanların yataqlarına sərilir.
19-cu əsrdə Misirdə dəmiryolu inşaatı edən şirkət, mumiyaları lokomotivlərə yanacaq olaraq istifadə etdi. Bununla da tarixin bir qismini sildilər.
İngilis filosofu Frensis Bekon toyuğu dondurmaq istədi. Toyuğun içini qarla dolduran Bekon, soyuqdan xəstəliyə yaxalandı. 1926-cı ildə də sətəlcəmdən həyatını itirdi.
Embrional inkişaf dövründə orqanların meydana gəlməsində bəzi hüceyrələr ölür. Əgər bəzi hüceyrələr ölməsəydi, ördəklər kimi pərdəli ayaqlarla doğulardıq.
1907-ci ildə Massaçusetsli bir həkim, xüsusi bir ölüm döşəyi hazırladı. Sonra da insan bədəninin ölüm anında 21 qram itirdiyini hesabat etdi. Bu səbəblə ruhun 21 qram tutduğu fərz edilir