Xəzər zəfəranı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xəzər zəfəranı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü.

Arealı

Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır.

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür. Tozcuq erkəkcikdən uzun, sarı rəngdədir; ağızcıq sarı, dar kürəkvari, bütövdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr ayına təsadüf edir. Kriptofit (geofit), işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaq və toxumla çoxalır. Kolluqlarda, otlu yamaclarda qruplaşmalar əmələ gətirir. Dağətəyi qurşaqlarda daşlı və qayalı yerlərdə rast gəlinir.

Yayılması

Lənkəranın dağlıq hissəsində yayılmışdır.

Sayı və tendensiyası

İtmə təhlükəsi altında olan bir neçə mövcuddur, populyasiyanın sayı sürətlə azalır .

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (otarılma, tapdalanma, əhali tərəfindən intensiv yığılması populyasiyanın sayının azalmasını sürətləndirir).

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.

Sinonimləri

  • Crocus boryanus var. caspius (Fisch. & C.A.Mey. ex Hohen.) Herb.

İstinadlar

Həmçinin bax