Xallı zeytun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xallı zeytun
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Xallı zeytun
Beynəlxalq elmi adı

Təbii yayılması:

Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir.

Botaniki təsviri:

Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir. İki erkəkciyi çiçək tacının borucuğunun yuxarı hissəsində iki ləpəli xalla yapışmışdır. Meyvəsi ətli, şarşəkillidən ellipsvariyədək, yetişdikdə göyümtüldən bənövşəyiyədək dəyişir –çəyirdəyi qara, diametri 6 mm və uzunluğu 15-dən 25 mm - dəkdir. Ağac əsasən yazda çiçəkləyir. Oduncağı qiymətli və möhkəm, güclü qoxulu, nazik mebel istehsalında istifadə edilir.

Ekologiyası:

Torpağa az tələbkar, quraqlığa davamlı və işıqsevəndir.

Azərbaycanda yayılması:

Abşeronda təbii və mədəni şəraitdə becərilir.

İstifadəsi:

Bordur və yaşıl çəpərlərin salınmasında istifadə olunur.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov


Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh