Xanlar Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xanlar Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1940(1940-02-27)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 2002(2002-12-01) (62 yaşında)
Vəfat yeri
Fəaliyyəti deputat
Həyat yoldaşı Tənzilə
Uşaqları Cəmilə, İradə, Şahin, İlqar, Anar

Xanlar Əliş oğlu Məmmədov (27 fevral 1940, Mişni, Laçın rayonu1 dekabr 2002, Bakı) — Azərbaycan Kommunist Partiyasının Laçın Rayon Komitəsinin 1-ci katibi, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Xalq Deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Üzvü.

Həyatı

Xanlar Əliş oğlu Məmmədov 27 fevral 1940-cı il tarixdə Laçın rayonunun Mişni kəndində Səhəngdolan məhəlləsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1963-cü ildə Alxaslı kənd məktəbində müəllim işləmişdir.

2002-ci il dekabr ayının 1-də Bakı şəhərində vəfat etmişdir.

Siyasi fəaliyyəti

1966-ci ildə "Laçın" qəzetində şöbə müdiri, 1967-ci ildə Azərbaycan LKGİ Laçın rayon komitəsinin 2-ci katibi, 1968-ci ildə Azərbaycan LKGİ-nin Laçın rayon komitəsinin 1-ci katibi, 1972-ci ildə Bakı Ali Partiya Məktəbinin dinləyicisi, 1972-ci ildə Azərbaycan KP Laçın rayon komitəsinin təlimatçısı, 1975-ci ildə Azərbaycan KP Laçın RK-nın katibi, 1979-cu ildə Azərbaycan KP-nın Laçın RK-nın 2-ci katibi, 1985-ci ildə XI çağırış Laçın rayon Xalq Deputatları Sovetinin 1-ci sessiyasında Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri, 1986-cı ildə Laçın rayon komitəsinin 1-ci katibi seçilmişdir.

1990-cı illərin əvvəlində Laçın rayonu icra hakimiyyətinin başçısı təyin olunmuş və 29 may 1992-ci il tarixə qədər bu vəzifədə çalışmışdır[1].

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

Mənbə

  • "Laçın" qəzeti, 16.03.2007-ci il, səhifə 3.

İstinadlar

  1. "A. S. Məmmədovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və X. Ə. Məmmədovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 1992-ci il tarixli, 808 saylı Fərmanı" (az.). e-qanun.az. 1992. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  2. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine  (az.)