Xanlar Əliş oğlu Məmmədov (27 fevral 1940, Mişni, Laçın rayonu – 1 dekabr 2002, Bakı) — Azərbaycan Kommunist Partiyasının Laçın Rayon Komitəsinin 1-ci katibi, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Xalq Deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Üzvü.
Xanlar Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 2002 (62 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | deputat |
Həyat yoldaşı | Tənzilə |
Uşaqları | Cəmilə, İradə, Şahin, İlqar, Anar |
Xanlar Əliş oğlu Məmmədov 27 fevral 1940-cı il tarixdə Laçın rayonunun Mişni kəndində Səhəngdolan məhəlləsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1963-cü ildə Alxaslı kənd məktəbində müəllim işləmişdir.
2002-ci il dekabr ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
1966-ci ildə "Laçın" qəzetində şöbə müdiri, 1967-ci ildə Azərbaycan LKGİ Laçın rayon komitəsinin 2-ci katibi, 1968-ci ildə Azərbaycan LKGİ-nin Laçın rayon komitəsinin 1-ci katibi, 1972-ci ildə Bakı Ali Partiya Məktəbinin dinləyicisi, 1972-ci ildə Azərbaycan KP Laçın rayon komitəsinin təlimatçısı, 1975-ci ildə Azərbaycan KP Laçın RK-nın katibi, 1979-cu ildə Azərbaycan KP-nın Laçın RK-nın 2-ci katibi, 1985-ci ildə XI çağırış Laçın rayon Xalq Deputatları Sovetinin 1-ci sessiyasında Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri, 1986-cı ildə Laçın rayon komitəsinin 1-ci katibi seçilmişdir.
1990-cı illərin əvvəlində Laçın rayonu icra hakimiyyətinin başçısı təyin olunmuş və 29 may 1992-ci il tarixə qədər bu vəzifədə çalışmışdır[1].
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2].