Yəmən əyaləti (Osmanlı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yəmən əyaləti

13°19′ şm. e. 43°15′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1517
Ləğv edilib 1872
Yəmən əyaləti xəritədə

Yəmən əyaləti (ərəb. إيالة اليمن‎ ; osman. ایالت یمن) — Osmanlı İmperiyasının əyaləti (vilayət). Formal olaraq imperiyanın ayrılmaz hissəsi olsa da, uzaq əyaləti idarə etmək çox çətin idi. 17-ci əsrin əvvəllərində əyalət tamamilə Yəmən Zeydi dövləti tərəfindən ələ keçirildi, ancaq iki əsr sonra Osmanlılar buradakı hakimiyyətlərini bərpa etdilər. Yəmən əyaləti 1849-cu ildə Osmanlının Yəmən ərazilərinin çox hissəsini ələ keçirməsi ilə yenidən təşkil edildi. 1872-ci ildə imperiyada aparılan torpaq islahatından sonra əyalətin böyük hissəsində Yəmən vilayəti yaradıldı.

Tarix

1516-cı ildə Yəmən Misir məmlükləri tərəfindən ilhaq edilsə də, lakin sonrakı il Məmlük valisi Osmanlılara təslim oldu və sonradan Osmanlı qoşunları ölkəni ələ keçirdilər. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Zeydi imamı Böyük Qasımın başçılığı ilə Osmanlı orduları Zeydi qəbilələri tərəfindən Yəmən ərazisindən tamamilə çıxarıldılar. Lakin sonradan Osmanlılar buradakı hakimiyyətlərini bərpa etdilər

Valilər

İlk Osmanlı dövrü
  • Mustafa paşa ən-Nəşşar (1539/40–1549)
  • Özdəmir paşa (1549–1554)
  • Mustafa paşa ən-Nəşşar (1554–1555/56)
  • Qara Şahin Mustafa paşa (1556–1560)
  • Mahmud paşa (1561–1565)
  • Rıdvan paşa (1565–1567)
  • Özdəmiroğlu Osman paşa (1569–1573)
  • Murad paşa (1576–1580)
  • Həsən paşa (1580–1604)
  • Cəfər paşa (1607–1616)
  • Mehmed paşa (1616–1621)
  • Əhməd Fədli paşa (1622–1624)
  • Heydər paşa (1624–1629)
  • Aydın paşa (1628–1630)
  • Qansuh paşa (1629–1635)
İkinci Osmanlı dövrü[1]
  • Mustafa Səbri paşa (May 1850 — mart 1851)
  • Mehmet Sirri paşa (mart 1851 — oktyabr 1851)
  • Bonaparta Mustafa paşa (oktyabr 1851 — may 1852)
  • Kürt Mehmet paşa (May 1852 – may 1856)
  • Babanlı Əhməd paşa (1-ci dəfə) (May 1856 – dekabr 1862)
  • Mosullu Əli Yavər paşa (dekabr 1862 – avqust 1864)
  • Babanlı Əhməd paşa (avqust 1864-fevral 1867)
  • Tacirli Əhməd paşa (fevral 1867 — mart 1869)
  • Halepli Əli paşa (mart 1869-may 1871)
  • Topal Bursalı Mehmed Redif paşa (May 1871 – avqust 1871)
Yəmən vilayəti yaradıldı

Həmçinin bax

Əyalətin inzibati bölgüsü

19-cu əsrin ortalarında əyalətin sancaqları:

  1. Mokha sancağı
  2. Əhariş sancağı (Əbu Ariş?)
  3. Massu sancağı

İstinadlar

  1. "World Statesmen — Yemen". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.