Osmanlı Ərəbistanı

1914-cü ildə Ərəbistan yarımadası.

Osmanlı Ərəbistanı (ərəb. الدولة العثمانية في شبه الجزيرة العربية‎; türk. Osmanlı Arabistanı) — Ərəbistan yarımadasının 1517-ci ildən 1918-ci ilə qədər davam edən dövrdəki adı. Bu dövrdə, Ərəbistan torpaqlar Osmanlı imperiyasının tərkibində olduğuna görə belə adlandırılmışdır. Regionda osmanlıların nəzarəti mərkəzi hakimiyyətin gücü zəiflədikcə azalmağa başladı[1].

XVI əsrdə Osmanlı imperiyası Qırmızı dənizindən Fars körfəzinə qədər olan torpaqlarda (Hicaz, Asirəl-Xasa) öz hakimiyyətlərini qurdular[2]. Qırmızı dəniziHind okeanı sahillərində portuqaliyalıların güclənməsinin qarşısını almaq üçün bu fəthlər çox önəmli idi. Hələ 1548-ci ildə Məkkə şərifi NəcdHicaz tayfalarını cəzalandırmaq məqsədilə basqınlar təşkil edirdi[3].

Səudiyyə dövlətlərinin yaranması

[redaktə | mənbəni redaktə et]

XVIII əsrdə Ərəbistan yarımadasının mərkəzi bölgələrində Səud sülaləsi güclənməyə başlamışdı. Bu sülalə müstəqil ərəb dövlətlərinin formalaşmasına önəmli rol oynamışdı. 1744-cü ildə Dəriyyə əmiri Məhəmməd bin Səud ilahiyyatçı Məhəmməd ibn Əbdülvahabın təsiri ilə vahhabi dini təlimini qəbul etdi. Səud oğulları vəhhabilərin dini imanlarına güvənərək, bütün Nəcdi, Qərbi Ərəbistanı və Şərqi Ərəbistanı işğal etməyi bacardılar. Bu dövr Ərəbistan tarixində Birinci Səudiyyə dövləti kimi adlandırılmışdı. 1792-ci ildə Məhəmməd ibn Əbdülvahabın ölümündən sonra Səud sülaləsi bütün dünyəvi və mənəvi hakimiyyəti öz əllərində birləşdirdilər. Səud sülaləsi 1803-cü ildə Məkkəni, 1804-cü ildə isə Mədinəni və bütün Hicazı ələ keçirdilər. Ancaq onların hakimiyyəti çox az müddət davam etdi. Səud sülaləsinə qarşı Osmanlı sultanının əmri ilə 1811-ci ildə Misir hakimi Qavalalı Mehmed Əli Paşa mübarizəyə başladı. Səud sülaləsinin 7 il davam edən mübarizəsi 1818-ci ildə sona çatdı. Misirlilər onların mərkəzi olan Dəriyyə şəhərini ələ keçirdilər. Səud əmiri Abdullah ibn Səud isə İstanbula göndərildi və orda öldürüldü.

1821-ci ildə Türk ibn Abdullah Ər-Riyadı mərkəz seçərək osmanlılara qarşı müharibəyə başladı. 1824-cü ildə paytaxtı Ər-Riyad olan İkinci Səudiyyə dövləti yarandı. İkinci Səudiyyə dövləti 67 il yaşadı və onlar əzəli rəqibləri olan Rəşidi sülaləsini Xail bölgəsində məhv etdilər.

Osmanlı hakimiyyətinin sonu

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Osmanlılar Ərəbistan yarımadasının çox hissəsinə hökmranlıq edirdi. Bəzi bölgələr isə müstəqilləşməkdə idi. Yerli sülalələr öz mülklərində hökmranlıqlarını qorumaqda davam edirdi. Məsələn, Məkkə şərifləri Hicazda hələ də söz sahibi idilər[4][5].

1902-ci ildə Səud sülaləsi Ər-Riyadı və bütün Nəcdi öz nəzarəti altına alaraq, sülalənin Nəcddə hakimiyyətə qayıdışını təmin etdilər. Səud oğulları İxvan təşkilatının dəstəyi ilə, vahhab dini ilə ruhlanmış qoşunla 1913-cü ildə əl-Xasanı Osmanlılardan geri aldı.

1916-cı ildə Məkkə şərifi Hüseyin ibn Əli əl-Haşimi Böyük Britaniyanın dəstəyi ilə Osmanlı İmperiyasına qarşı ərəb hərəkatını başlatdı. Üsyançılar müstəqil Ərəb dövlətini yaratmaq məqsədində idilər. Ancaq 1916-1918-ci illərdə üsyançılar zəif idi. Ancaq, I Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqutu ilə üsyançılar istəklərinə çatdılar[6] .

  1. Wayne H. Bowen. The History of Saudi Arabia. — Greenwood Publishing Group, 2008. — P. 68.
  2. William J. Bernstein. A Splendid Exchange: How Trade Shaped the World. — Grove Press, 2008. — P. 191.
  3. James Wynbrandt. A Brief History of Saudi Arabia. — Infobase Publishing, 2010. — P. 101
  4. Murphy David. The Arab Revolt 1916–18: Lawrence Sets Arabia Ablaze. — 2008. — P. 5–8.
  5. Anderson Ewan W. The Middle East: geography and geopolitics. — 2000. — P. 106.
  6. Hourani Albert. A History of the Arab Peoples. — 2005. — P. 315–319.