Yaponiyada dərslik qalmaqalı (1902)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Təhsil naziri Kikuçi Dayroku qalmaqaldan sonra istefa vermişdir.

Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku?) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir.

Haqqında

Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır.[1] Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular.[1]

Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi.[1] 1902-ci ilin dekabrında Yaponiya Ədalət Nazirliyi gizli təhqiqatlar başlatmışdır.[1] Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir.[1] Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi.[1]

Nəticə

Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir.[1] Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.[1] Qalmaqaldan sonra Təhsil Nazirliyi dərsliklərin seçimini mərkəzləşdirmək qərarına gəlmişdir.[1] 1903-cü ildə Yaponiyada ilk milli dərsliklər nəşr olunmuşdur.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 16. ISBN 0-87011-628-2. İstifadə tarixi: 6 oktyabr 2022.