Yasəmənyarpaq katalpa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yasəmənyarpaq katalpa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yasəmənyarpaq katalpa (lat. Catalpa bignonioides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.

Təbii yayılması

Şimali Amerikada yayılmışdır.

Botaniki təsviri

Çətirli, enli, hündürlüyü 20 m olan, yumru ağacdır.Yarpaqları adi yasəmən yarpağına bənzəyir, lakin ondan böyükdür, üst tərəfi açıq-yaşıl, altı tüklü olub, iridir.Enli yumurtavari və ya ürəkşəkilli yarpaqları 10-20 sm uzunluğunda. 10-15 sm enindədir. Çiçəkləri ağ rəngli, 3sm enində, az ətirli, qırmızı-qəhvəyi, qonur xallarla örütülü olub, çoxçiçəkli süpürgə çiçək qrupunda yerləşir. İyun-iyul aylarında çiçəkləyir. İkicinslidir, kasacığı ikiyə bölünmüşdür, dişiciyi 1, erkəkcikləri 5 ədəd olub, yalnız ikisində tozcuq əmələ gəlir.Meyvələrin uzunluğu 15-20 sm, qalınlığı 6-8 mm olan uzun qutucuqlardır, toxumları qanadlıdır.

Ekologiyası

Qışadavamlı, isti, rütubət və işıqsevəndir. Torpağa tələbkar deyil. Şəhər şəraitinə dözür. Küləyə davamlı deyil.

Azərbaycanda yayılması

Abşeronda, Naxçıvanda və Cənub bölgəsində mədəni halda rast gəlinir.

İstifadəsi

Çətiri və yarpaqları dekorativdir.Azərbaycanda park və xiyabanlarda, küçələrin yaşıllaşdırılmasında geniş istifadə olunur. Gözəl katalpa, hibrid katalpa, yumurtavari katalpa növlərinə də təsadüf edilir.Tək ağac kimi alleyalarda, qrup halında massivlərdə istifadə edilir.

İstinadlar

Həmçinin bax