Yastı şibyəyeyən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yastı şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yastı şibyəyeyən
Beynəlxalq elmi adı

Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Xarici quruluşu

Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.

Yayılması

Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Kəpənəyi Lənkəranın Yuxarı Apo, Daşdatük, Lerikin Kosmolyan kəndindən toplanmışdır.

Həmçinin bax

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.