Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.
Yastı şibyəyeyən | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Yastı şibyəyeyən |
||||
Beynəlxalq elmi adı | ||||
|
Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Kəpənəyi Lənkəranın Yuxarı Apo, Daşdatük, Lerikin Kosmolyan kəndindən toplanmışdır.