Yeni Gəncə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yeni Gəncə
Ölkə

Yeni GəncəAzərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.

Tarixi

Həsən Həsənov tərəfindən 1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Xatirə Parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. XIX əsrin ilk dekadasında bu parka Heydər Əliyevin adı verilmişdir. 2012-ci ilin mart ayında ərazidə olan "Novruz meydanı" tam təmir olunmuşdur. Orada bir neçə ağac növləri əkilmişdir.

Əhalisi

XX əsrin 80-ci illərində istifadəyə verilən qəsəbəyə demək olar ki, Azərbaycanın hər yerindən ailələr köç etmişlər. Əsas yaşayış sakinləri Gəncə şəhəri ətrafında yerləşən Tovuz, Şəmkir, Qazax, Samux, Daşkəsən, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinləridirlər.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax