Sadıllı — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Sadıllı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Sadıllı qəsəbəsi mərkəz olmaqla Sadıllı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Sadıllı | |
---|---|
Ölkə |
Qəsəbənin digər adı "Dos-84"-dür. Bu qəsəbədə 5 №-li xəstəxana, 17 №-li orta məktəb və Heydər Əliyev adına Gəncə şəhər stadionu yerləşir.
Gəncə şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |