Nizami rayonu (əvvəlki adı: Gəncə rayonu) — Azərbaycan Respublikasının Gəncə şəhərində mövcud olmuş rayon. Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli qərarı ilə Kirovabad şəhərinin Gəncə rayonu yaradılmışdır.[1] 1989-cu ildə Gəncənin tarixi adı bərpa olunmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gəncə şəhərinin Gəncə rayonu Nizami rayonu adlandırılmışdır.[2] 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir.[3] Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.[4] Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.[5] Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.[1]
Rayon | |
Nizami rayonu | |
---|---|
40°40′58″ şm. e. 46°21′38″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Nizami |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 noyabr 1980 |
Ləğv edilib | 2 aprel 2022 |
Rəsmi sayt | |
Rayon 22 orta məktəbə və 3 peşə məktəbinə malik idi. 20 uşaq baxçası var idi. Həmçinin, rayonda Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, 3 musiqi məktəbi, Uşaq İncəsənət Məktəbi, Uşaq Rəssamlıq Məktəbi, Heydər Əliyev Mərkəzi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Mir Cəlal Paşayevin ev muzeyi, Nizaminin memorial ev muzeyi, İsrafil Məmmədovun ev muzeyi, Gəncə Dövlət İncəsənət Qalereyası, Nizami kinoteatrı, Mərkəzi kitabxana və onun 10 filialı, uşaq kitabxanası, Gəncə Olimpiya İdman Kompeksi var idi.[6][7][8]
2018-ci il siyahıyaalmasına əsasən rayonun əhalisinin sayı 152 min nəfər olub.
Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahəsində yerləşib.[1]
Rayonun ərazisi 3925 hektardan ibarət idi.
Rayon 2 adminstrativ bölgəyə və 3 sahəyə (Yeni Gəncə, Məhrəşa bağı və Gülüstan) bölünmüşdü.[9]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Gəncə şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |