Yerkökü milçəyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yerkökü milçəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Ranqsız:
Ranqsız:
Bölmə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Yerkökü milçəyi
Beynəlxalq elmi adı

Chamaepsila rosae (lat. Chamaepsila rosae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin psilidae fəsiləsinin chamaepsila cinsinə aid heyvan növü.

Xarici quruluşu

Yetkin milçək parlaq qara rəngdə olmaqla, yaşıla çalır. Başı girdədir, sarı-qırmızı rəngdədir, tükcüklərlə örtülmüşdür. Əmgəkdə qara ləkə vardır. Uzunluğu 4–5 mm-dir, qanadları açılmış halda 8 mm-dir. Yumurtası ağ süd rəngdə olub, oval şəkillidir. Uzunluğu 0,6 mm, eni 0,2 mm-dir. Sürfəsi solğun sarımtıl rəngdədir. Arxa kənarları girdədir. Uzunluğu 6–7 mm-dir.[1]

Həyat tərzi

Milçək pup və sürfə halında kökün içərisində qışlayır. May-iyun aylarında uçmağa başlayır və yumurta qoyur. Yumurta qoyuluşu 1-1,5 ay davam edir. Sürfələr inkişafını təxminən bir aya başa çatdırıb, torpaqda puplaşır. 30-40 gündən sonra yalançı baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır.[2]

Yayılması

Qərbi Avropa, Şimali Amerika, Yeni Zelandiya, Sibir, Uzaq Şərq, Rusiyanın şimal rayonlarında yayılıb.[3] Azərbaycanda yerkökü əkilən sahələrdə yerkökü milçəyi vardır.

İstinadlar

  1. S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
  2. N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
  3. "Psila rosae (F.) — Морковная муха". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30.

Həmçinin bax