Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Chamaepsila rosae (lat. Chamaepsila rosae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin psilidae fəsiləsinin chamaepsila cinsinə aid heyvan növü.
Yerkökü milçəyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Ranqsız: Ranqsız: Bölmə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yerkökü milçəyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Yetkin milçək parlaq qara rəngdə olmaqla, yaşıla çalır. Başı girdədir, sarı-qırmızı rəngdədir, tükcüklərlə örtülmüşdür. Əmgəkdə qara ləkə vardır. Uzunluğu 4–5 mm-dir, qanadları açılmış halda 8 mm-dir. Yumurtası ağ süd rəngdə olub, oval şəkillidir. Uzunluğu 0,6 mm, eni 0,2 mm-dir. Sürfəsi solğun sarımtıl rəngdədir. Arxa kənarları girdədir. Uzunluğu 6–7 mm-dir.[1]
Milçək pup və sürfə halında kökün içərisində qışlayır. May-iyun aylarında uçmağa başlayır və yumurta qoyur. Yumurta qoyuluşu 1-1,5 ay davam edir. Sürfələr inkişafını təxminən bir aya başa çatdırıb, torpaqda puplaşır. 30-40 gündən sonra yalançı baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır.[2]
Qərbi Avropa, Şimali Amerika, Yeni Zelandiya, Sibir, Uzaq Şərq, Rusiyanın şimal rayonlarında yayılıb.[3] Azərbaycanda yerkökü əkilən sahələrdə yerkökü milçəyi vardır.