Yumruyarpaq dovşanalması

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yumruyarpaq dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yumruyarpaq dovşanalması (lat. Cotoneaster rotundifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şərqi Sibirdir.

Botaniki təsviri

Düz dayanan budaqlı, hündürlüyü 4 m-dək olan koldur. Zoğları boz-qonurdan qaramtıl-qonur rəngli, əvvəlcə tükcüklü, sonradan çılpaqdır. Saplağı 1-3 mm, tükcüklü, yalançı zoğları lansetvari, ucu küt, bəzən itidir. Yarpaqları uzunsov formalı, payızda sıx, yaşıl rəngli, sonra al-qırmızı rəngli olur. Mayın axırları çiçəkləmyə başlayır və iyunun ortalarınadək davam edir. Çiçəklərin diametri təxminən 1 sm, kiçik, çəhrayı, bir saplaqda 5-8 çiçək olur. Çiçək qrupları 1-3 çiçəkli, çiçək altlıqları xətvari-lansetvaridir. Çiçək saplağı 2-4 mm, tükcüklüdür. Ləçəkləri 4-5 mm, ağ və ya qırmızı, enli-yumurtavari və ya əks-yumurtavari, bünövrəsi qısadır. Erkəkcikləri 20-dir. Çiçəkləmədən sonra yumru meyvələri əmələ gəlir. Meyvələri giləmeyvələrə bənzəyir, qırmızı, əks-yumurtavari, diametri 7-9 mm-dir. 4 ildən sonra meyvə verməyə başlayır.

Ekologiyası

Soyuğa davamlı, quraqlıqdan və ya əksinə yüksək nəmişlikdən qorxmur. Şəhər mühitinə yararlıdır. İstənilən torpaqda kölgəli ərazilərdə bitə bilər.

Azərbaycanda yayılması

Abşeron və yarımadaya yaxın yerlərdə, park və bağlarda istifadə olunur.

İstifadəsi

Payızda sahələrdə canlı hasar və ya dekorativ fiqur kimi istifadə edilir. Yamacların bərkidilməsi üçün istifadəsi məqsədəuyğundur.

İstinadlar

Həmçinin bax