Yuxarı Xələfbəyli (Xudafərin)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yuxarı Xələfbəyli
39°20′21″ şm. e. 47°16′31″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Yuxarı Xələfbəyli xəritədə
Yuxarı Xələfbəyli
Yuxarı Xələfbəyli

Yuxarı Xələfbəyli (fars. خلف‌بیگلوی علیا‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının Gərmədüz bəxşində qışlaq.

Tarixi

İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.

Coğrafiyası

Araz çayının sahilində, Xumarlı şəhərindən 40 km aralıda yerləşir.

Əhalisi

Kənddə 2006-cı il siyahıya alınmaya görə 392 nəfər yaşayır (82 ailə)[2].

Həmçinin bax

İstinadlar

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.