Mərdanaqum (fars. مردانقم) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Mərdanaqum | |
---|---|
38°49′56″ şm. e. 46°33′06″ ş. u.HGYO | |
Ölkə | |
2006-cı il məlumatına görə kənddə 730 nəfər[2] yaşayır (176 ailə).
Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir[3]. Hər il oktyabr ayının ikinci yarısında kənddə icra nümayənləyinin rəhbərliyi tərəfindən Nar Festivalı təşkil edilir[4][5][6]. Festivalın əsas xüsusiyyəti aşıq musiqisinin ifasıdır.