Kavanəq (fars. کوانق) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Kavanəq | |
---|---|
38°51′00″ şm. e. 46°33′03″ ş. u.HGYO | |
Ölkə | |
2006-cı il məlumatına görə kənddə 81 nəfər[2] yaşayır (21 ailə).
Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar, soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir[3]. Kavanəq inkişaf etmiş arıçılığı ilə də diqqəti çəkir.