Zülfüqar Abdullayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zülfüqar Abdullayev
1970 – ?
bayraq
Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi
bayraq2
? – 1970
Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
? – 1965
Şəxsi məlumatlar
Doğum tarixi 1933
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Zülfüqar Səfər oğlu Abdullayev (1933, Şamxor) — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı

1933-cü ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1957-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.

1951-ci ildən kolxozçu olmuşdur. 1953–1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda oxumuşdur. 1958–1959-cu illərdə maşın-meliorasiya dəstəsinin rəisi, 1960-cı ildən Şamxor Partiya Komitəsinin təlimatçısı, Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1965-ci ildən Yevlax Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan KP Ucar RK-nın birinci katibi vəzifələrində işləmiş, 1970-ci ildən isə Azərbaycan KP Mirbəşir RK-nın birinci katibidir.

Azərbaycan KP MK üzvlüyünə namizəddir.

Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəmirçilər seçki dairəsi).

Mənbə

  • Зүлфүгар Сәфәр оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 14.

İstinadlar