Zümrüdçiçəyivari puşkiniya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zümrüdçiçəyivari puşkiniya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zümrüdçiçəyivari puşkiniya (lat. Puschkinia scilloides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin puşkiniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq yumurtavaridir. Gövdə 5-15 sm hündürlükdədir. Yarpaqlar xətvari və ya dar-xətvari, 7-8 mm enində, 2 ədəddir, çiçək oxundan uzundur. Çiçək qrupu 1-4 (6) çiçəkli, salxımlıdır. Çiçəkyanlığının kənarları ağ və ya ağımtıl-mavi, 4-5 mm uzunluğundadır. Tac 2 dəfə çiçəkyanlığından qısadır, oyuqlu, ikidişcikli kənarlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgəlmə mart-may aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaqla çoxalır. Yuxarı dağ qurşağında müxtəlif otlu qruplaşmalar əmələ gətirir.

Yayılması

Diabarda (Qarabağ-yurdu dağında və Orand kəndində).

Sayı və tendensiyası

Populyasiyalarının sayı azalı, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal-qara tərəfindən tapdalanması).

Mühafizə tədbirləri

Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Sinonimləri

  • Adamsia scilloides (Adams) Willd.
  • Puschkinia hyacinthoides Baker.
  • Puschkinia libanotica Zucc.
  • Puschkinia scilloides var. libanotica (Zucc.) Boiss.
  • Puschkinia sicula Van Houtte.

İstinadlar

Həmçinin bax