Puşkiniya (lat. Puschkinia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Puşkiniya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Puşkiniya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Cins rus təbiətşünası A. A. Musin - Puşkinin şərəfinə adlandırılmışdır. Bu cinsin 2 növü məlumdur. Onların vətəni Qafqaz, Kiçik və Ön Asiyadır. Zümrüdvari puşkiniya (P. scilloides) yumru soğanaqlı, ətli yarpaqlı və mavi çiçəkləri olan bitkidir. Çiçək saplağında salxım çiçək qrupuna toplanmış 18-ə qədər çiçəyi vardır. Puşkiniya drenajlı məhsuldar torpaqlarda yaxşı inkişaf edir. Soğanaqları 12 sm dərinliyə əkilir. Bitki bordürlərin qurulmasında, qazonların mərkəzi hissəsində digər bitkilərlə birlikdə əkildikdə gözəl görünür. Puşkiniyanı otaq şəraitində də yetişdirmək olar.