Zərdüşt Əlizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zərdüşt Əlizadə
1995 – 2001
HəmsədrAraz Əlizadə
Əvvəlkivəzifə təsis edildi
SonrakıAyaz Mütəllibov
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1946(1946-02-02) (78 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist, şərqşünas
Atası Məmməd Mübariz Əlizadə[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlizadə Zərdüşt Məmməd Mübariz oğluAzərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri.

Həyatı

Zərdüşt Əlizadə 2 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.[1] Etnik olaraq Azərbaycan türklərindəndir.[mənbə göstərin] O, ata tərəfindən əslən İranın Xamnə şəhərindəndir. Əlizadənin ana tərəfi İçərişəhərin zadəgan nəslindəndir.[2] 1964-cü ildə 132 №li orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.

1969–1971-ci illərdə Misirdə hərbi mütərcim, 1973–1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləmişdir.

1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.

Filologiya elmləri namizədidir.

Siyasi fəaliyyəti

1969–1990-cı illərdə Sov.İKP üzvü olmuşdur. 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, 1990-cı ilin yanvar ayının 7-sində istefa vermiş, 1990–2000-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasının fəallarından olmuşdur.[3]

İki kitab, yüzlərlə məqalə müəllifidir.

Şəxsi həyatı

Niyal xanımla evlidir, iki oğlu var.[4]

Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə Əlizadənin və Araz Əlizadənin qardaşıdır.

Əsərləri

  • Ağayev, Rasim; Əlizadə, Zərdüşt. Конец второй республики (rus). Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.

İstinadlar

  1. "Zərdüşt Əlizadə: "Mən azərbaycanlı olmağımdan utanıram"". Ovqat.com. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  2. Əlizadə, Zərdüşt. "Ana tərəfim də, ata tərəfim də zır türkdür". Xural (az.). 21 iyul 2018. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Oktyabr 2022.
  3. "Arxivlənmiş surət". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-27.
  4. "Politoloq Zərdüşt Əlizadə ilə — FOTOSÖHBƏT". 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.

Xarici keçidlər