Zabel dovşanalması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zabel dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii halda Mərkəzi Çində yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Meyvəsi parlaq, qırmızı, yumurtaşəkillidir, diametri 7-8 mm-dir.

Ekologiyası

Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir. İstənilən torpaq tiplərində bitir, lakin məhsuldar, drenaj üsulu ilə təmizlənmiş gillicə nəmişli torpaqlarda yaxşı inkişaf edir. Küləyə, çirklənməyə, xəstəlik və zərərvericilərə, qaza davamlıdır, 230C şaxtaya dözür.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Dekorativ bitki kimi park və bağların yaşıllaşdırılmasında istifadə oluna bilər.

İstinadlar

Həmçinin bax